Canlı yayımda faciə: Müsahibə zamanı öldü - Video
Hadisə
Dominikan Respublikasında Ruta SO-nun qurucusu və kommunikatoru Mariano Urena “Super TV 55” kanalında yayımlanan “El Cafe de Diario 55” verilişində canlı müsahibə zamanı ürək tutmasından vəfat edib.
News24.az xəbər verir ki, proqram gedişində qəfil halı pisləşən Urena oturduğu divanda yıxılıb. Aparıcı və studiya əməkdaşları dərhal müdaxilə etsələr də, onun həyatını xilas etmək mümkün olmayıb.