Çarpayıdan yıxılan 83 yaşlı kişi öldü
Hadisə
Paytaxtın Xəzər rayonunda ahıl kişi çarpayıdan yıxılaraq ölüb.
News24.az xəbər verir ki, hadisə sentyabrın 12-si saat 08 radələrində Binə qəsəbəsində baş verib.
1943-cü il təvəllüdlü Alihəsən oğlu Şahmuradov yaşadığı evdə yatdığı çarpayıdan yıxılıb. O, hadisə yerində ölüb.
Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo)