Cəlilabad sakini Bakıda daş karxanasında öldü

Cəlilabad sakini Bakıda daş karxanasında öldü Hadisə

Bakıda daş karxanasında bədbəxt hadisə baş verib.

News24.az xəbər verir ki, daş karxanasında baş verən bədbəxt hadisə nəticəsində Cəlilabad rayonunun Səttarxan küçəsinin sakini, 1961-ci il təvəllüdlü Rabil Zərbəliyev həyatını itirib.

Məlumata əsasən, o, daş karxanalarının birində ehtiyatsızlıq nəticəsində ölüb.

Faktla bağlı araşdırma aparılır./APA