Cəlilabad sakinini ilan sancdı

Cəlilabad sakinini ilan sancdı Hadisə

Cəlilabad rayon sakinini ilan sancıb.

News24.az xəbər verir ki, hadisə rayonun Məlikqasımlı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 30 yaşlı Vasif Yəhyayev əkin sahəsində maşına ot bağlaması yükləyən zaman otun içində olan ilan onu qolundan sancıb.

Rayon xəstəxanasına çatdırılan V. Yəhyayevin səhhətinin orta-ağır olduğu bildirilir.//report.az