Cəlilabadda 19 yaşlı gənc suda boğularaq öldü: yayda əsgər gedəcəkdi – YENİLƏNDİ
Hadisə
Xəbər verdiyimiz kimi, 19 yaşlı Elşən Abbasov su hövzəsində çimən zaman ehtiyatsızlıq nəticəsində suda boğulub.
News24.az xəbər verir ki, gənc oğlan iyul ayında hərbi xidmətə gedəcəkdi. (Unikal)
**18:32
Cəlilabad sakini suda boğulub.
News24.az xəbər verir ki, hadisə rayonun Privolnoye kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlal oğlu su hövzəsində üzən zaman boğulub.
Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Report)