Cəlilabadda 2 nəfər bıçaqlandı

Cəlilabadda 2 nəfər bıçaqlandı Hadisə


Cəlilabadda iki gəncə bıçaqla xəsarət yetirməkdə şübhəli sayılan şəxs saxlanılıb.

News24.az-ın xəbərinə görə, APA-nın cənub bürosunun sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru polis kapitanı Məhəmməd Rzayev bildirib ki, əməli törətməkdə şübhəli bilinən 27 yaşlı E. Əliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.