Cəlilabadda 44 yaşlı qadın evində yandı

Cəlilabadda 44 yaşlı qadın evində yandı Hadisə

Cəlilabad rayonunda qadın evində yanıb.

News24.az-ın məlumatına görə, hadisə sentyabrın 23-ü saat 14 radələrində rayonun Uzuntəpə kəndində baş verib.

Kənd sakini 1982-ci il təvəllüdlü Aidə Şıxəliyeva yaşadığı evdən termiki xəsarətlə xəstəxanaya gətirilib. Onun evdə maye qazdan yandığı bildirilir.

Faktla bağlı araşdırmalar aparılır.