Cəlilabadda 5 yaşlı uşaq su anbarında boğuldu – YENİLƏNDİ
Hadisə
Cəlilabadda 5 yaşlı azyaşlının boğulması ilə bağlı bəzi təfərrüatlar məlum olub.
News24.az xəbər verir ki, bu gün 5 yaşlı Onar Zamanovun itkin düşməsi barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.
Daha sonra aparılan axtarış tədbirləri nəticəsində azyaşlının yaşadığı evin qarşı tərəfində yerləşən Uzuntəpə su anbarında boğulduğu müəyyən edilib.
Hadisə yerinə cəlb olunan aidiyyəti qurumların əməkdaşları tərəfindən uşağın meyiti sudan çıxarılıb.
Daha sonra polisə məlumat verilib və meyit müayinə olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (Teleqraf)
**22:59
Cəlilabadda bədbəxt hadisə nəticəsində azyaşlı ölüb.
News24.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində baş verib.
Kənd sakini, 5 yaşlı Onur Amil oğlu Zamanov su anbarına düşərək boğulub.
Azyaşlının meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (APA)