Cəlilabadda açıq ərazidə baş verən yanğın söndürüldü - Video - Yeniləndi
Hadisə
Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başlayıb.
News24.az xəbər verir ki, bir neçə saatdır davam edən yanğın təsərrüfatın mərkəzi ərazisinə də keçib.
Hazırda hadisə yerinə Cəlilabad Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğının lokallaşdırılması istiqamətində tədbirlər görülür.
Qeyd edək ki, Kiçik Zəvvar ovçuluq təsərrüfatı Mahmudçala ovçuluq təsərrüfatının yaxınlığında yerləşir. Ərazinin böyük hissəsinin payız-qış mövsümündə su altında qalması yanğınsöndürənlərin yanğına müdaxiləsini xeyli çətinləşdirir.
Qeyd edək ki, təsərrüfat ərazisində bir neçə ay bundan öncə də yanğın olub.