Cəlilabadda ağır qəza: - Traktorla toqquşdu
Hadisə
Cəlilabadda traktorla jiquli qəza törədib.
News24.az-nin cənub bürosunun məlumatına görə, hadisə zamanı 4 nəfər xəsarət alıb.
Hadisə Cəlilabad rayonu ərazisində Cəlilabad Bayxanlı kəndi yolunda baş verib,belə ki,hərəkətdə olan traktorla " Vaz 21 06 " markalı avtomobil toqquşaraq qəza törədiblər.
Qəza zamanı 1960-cı il təvəllüdlü Mirzəyev Natiq 1982-ci il təvəllüdlü Quliyev Elşən 2002-ci il təvəllüdlü Bayramov Murad və 2006-cı il təvəllüdlü İ. Bayramov müxtəlif dərəcəli xəsarətlərlə ,rayon mərkəzi xəstəxanasına çatdırırlıb durumlarının orta ağır olduqu bildirirlir.
Hazırda faktla bağlı araşdırmalar aparılır.