Cəlilabadda avtomobillər toqquşdu

Cəlilabadda avtomobillər toqquşdu Hadisə

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az-nın cənub bürosuna verilən  məlumata görə hadisə Cəlilabad-Yardımlı yolunun rayondan Sərhədabad kəndi istiqamətində baş verib.

Eyni istiqamətdə hərəkətdə olan "Priora" markalı minik avtomobili qarşıda hərəkətdə olan "VAZ-2107" markalı maşına çırpılaraq qəza törədib. Qəza nəticəsində "Priora" idarəetməni itirərək yol kənarına düşüb.

Qəza nəticəsində sürücünün xəsarət aldığı bildirirlir.

Hazırda baş vermiş faktla bağlı araşdırma aparılır.