Cəlilabadda bir ailə qidadan zəhərləndi

Cəlilabadda bir ailə qidadan zəhərləndi Hadisə

Cəlilabad rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Günəşli kəndində qeydə alınıb.

Belə ki, ailə üzvləri - 1998-ci il təvəllüdlü S.Zeynalova, 1959-cu il təvəllüdlü İ.Zeynalov və 1963-cü il təvəllüdlü X.Zeynalova zəhərlənmə diaqnozu ilə rayon xəstəxanasına gətirilib.

İlkin məlumata görə, onlar qəbul etdikləri qidadan zəhərləniblər.

Faktla bağlı araşdırma aparılır.