Cəlilabadda evi yandı - Video

Cəlilabadda evi yandı - Video Hadisə

Cəlilabad rayonunda fərdi yaşayış evində yanğın baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Üçtəpə kəndində, Famil Rzayevə məxsus birmərtəbəli yaşayış evində qeydə alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan evin 16 kvadratmetrlik hissəsi yanıb.

Hadisə yerinə cəlb olunan yanğından mühafizə bölməsinin əməkdaşları alovu söndürərək onun digər tikililərə keçməsinin qarşısını alıblar.

Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo