Cəlilabadda dayısının arvadını öldürən yeniyetmə SAXLANILDI – YENİLƏNDİ

Cəlilabadda dayısının arvadını öldürən yeniyetmə SAXLANILDI – YENİLƏNDİ Hadisə

Cəlilabad rayonunda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən yeniyetmə saxlanılıb.

News24.az xəbər verir ki, 2011-ci il təvəllüdlü Anar Əzizov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, A. Əzizov dayısının həyat yoldaşı - 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı qətlə yetirməkdə şübhəli bilinir. (Report)

**23:44

Cəlilabadda dayısının həyat yoldaşını öldürməkdə şübhəli bilinən 15 yaşlı Anar Əzizov hadisə yerindən qaçıb.

News24.az xəbər verir ki, onun psixoloji problemlərinin olduğu bildirilir.

A. Əzizovun ailəsi Rusiyada yaşayır və o, bir müddətdir ki, dayısının evində qalırdı. Hadisə baş verən vaxt onun dayısı evdə olmayıb.

İlkin məlumata görə, A. Əzizov əlindəki kəsici alətlə dayısının həyat yoldaşı S. Cəfərovaya hücum edib. Müxtəlif dərəcəli bədən xəsarətləri alan qadın elə yerindəcə həyatını itirib. Hadisə vaxtı evdə mərhumun iki azyaşlı övladı da olub. Məhz onlar qaçaraq qonşulara qətl barədə məlumat veriblər.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən şübhəlinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. (Report)

**22:27

Cəlilabad rayonunda qətl hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Məhəmməd Hadi küçəsində qeydə alınıb.

İlkin məlumata görə, 2011-ci il təvəllüdlü Anar Əzizov 1999-cu il təvəllüdlü Səidə Cəfərovanı kəsici alətlə öldürüb.

Qeyd edək ki, S. Cəfərova A. Əzizovun dayısının həyat yoldaşı olub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. (Report)