Cəlilabadda qəza: Xəsarət alanlar var - YENİLƏNDİ

Cəlilabadda qəza: Xəsarət alanlar var - YENİLƏNDİ Hadisə

Cəlilabad rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə köhnə Ələt–Astara yolunun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

"Zil" markalı yük və "Kia" markalı minik avtomobillərinin toqquşması nəticəsində yük maşını idarəetməni itirərək aşıb. Hadisə zamanı xəsarət aldığı bildirilən dörd nəfər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. // Report

14:17


Cəlilabad rayonu ərazisində iyunun 4-ü saat 14:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (3-ü kişi, 2-si qadın) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib. Hazırda vəziyyətləri stabil olaraq qiymətləndirilən 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.

Xəsarət alan 1994-cü il təvəllüdlü şəxs (kişi) dərhal cərrahi əməliyyata alınıb. Vəziyyəti ağır olaraq qiymətləndirilir.