Cəlilabadda üç avtomobil toqquşdu: İki nəfər xəsarət aldı

Cəlilabadda üç avtomobil toqquşdu: İki nəfər xəsarət aldı Hadisə

Cəlilabad rayonunda üç avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə rayonun Mollalı kəndi ərazisində qeydə alınıb.

İki VAZ-2107 və bir VAZ-2106 markalı avtomobilin toqquşması nəticəsində iki nəfər xəsarət alıb.

Qəzanın başvermə səbəbləri araşdırılır.