Cərəyan vurmuşdu, 4 gün sonra öldü

Cərəyan vurmuşdu, 4 gün sonra öldü Hadisə

Masallı rayonunda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs 4 gün sonra ölüb.

News24.az xəbər verir ki, usta kimi işlədiyi evdə elektrik cərəyanı vurması nəticəsində xəsarət alan 1976-cı il təvəllüdlü Fuad Kərimovun halı 4 gün sonra kəskinləşib.

O, yenidən Masallı Rayon Mərkəzi Xəstəxanasına gətirilərkən yolda vəfat edib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır. (Qafqazinfo)