Cəzadan yayınmaq üçün özünü ölü kimi göstərdi
Hadisə
Amerikalı Nikolas Alahverdian kimi tanınan və Artur Nayt təxəllüsündən istifadə edən Nikolas Rossi 2008-ci ildə Salt Lake-də keçmiş sevgilisinə təcavüz etdiyi iddiası ilə axtarışa verilib.
News24.az xəbər verir ki, eyni il Ohayo ştatında 21 yaşlı başqa bir qadına təcavüz etməkdə günahlandırılan və başqa cinsi zorakılıqlar etdiyi düşünülən Rossi, tutulacağını anlayanda 2020-ci ildə ölmüş kimi davrannıb.
Şotlandiyaya qaçan və 2021-ci ildə ələ keçirilən Rossi oktyabrın 16-da ekstradisiya olunduğu ABŞ-ın Yuta ştatında hakim qarşısına çıxacaq.
Məryəm İlhamqızı