Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı

Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı Hadisə

Oktyabrın 14-də ölkə ərazisində qeydə alınan 42 cinayətin açılması polis tərəfindən təmin olunub.

DİN-in Mətbuat Xidmətindən News24.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 40 nəfər saxlanılıb.