Crescent Mall-da nə baş verir? - VİDEO

Crescent Mall-da nə baş verir? - VİDEO Hadisə

Bu dəqiqələrdə Crescent Mallda həyəcan siqnalı verilib.

News24.az xəbər verir ki, Ticarət Mərkəzində hər kəs təxliyə olunur.

Ərazidə olan şəxslərin verdiyi xəbərə görə, siqnalizasiya artıq söndürülüb. Qurğunun hansı səbəbdən işə düşdüyü bəlli deyil. Təşvişə düşən ziyarətçilər və Ticarət Mərkəzinin əməkdaşları qısa müddətə binanı tərk ediblər. Hazırda əməkdaşların iş yerlərinə qayıtdığı bildirilir. Binanın mühafizəçiləri isə təşvişə ehtiyac olmadığını bildiriblər. /Yeni Sabah/