Culfada avtomobil 72 yaşlı qadını vurdu
Hadisə
Culfada avtomobil 72 yaşlı qadını vurub.
News24.az xəbər verir ki, hadisə Culfa şəhərində baş verib. Belə ki, avtomobil yolu keçən 1954-cü il təvəllüdlü Cəfərova Xədicə Rəşad qızını vurub. Xəsarət alan 72 yaşlı qadın Naxçıvan Muxtar Respublika Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.