Culfada baş verən avtomobil qəzasında bir nəfər öldü, səkkiz nəfər xəsarət aldı

Culfada baş verən avtomobil qəzasında bir nəfər öldü, səkkiz nəfər xəsarət aldı Hadisə

Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda üç avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, qəza rayonun Ərəzin kəndi ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 8 nəfər xəsarət alıb, 2022-ci il təvəllüdlü Quliyev Səid Səlim oğlu isə həyatını itirib.

Xəsarət alan şəxslər Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır./report.az