Dənizdə batan 4 gəncdən sonuncusunun meyiti tapıldı
Hadisə
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 2003-cü il təvəllüdlü Məcidov Pərviz Zöhrab oğlunun meyiti sahildə aşkar edilib.
Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Qeyd edək ki, iyunun 22-də dənizdə batan 4 gəncdən üçünün - 1991-ci il təvəllüdlü Əzimov Namiq İsabala oğlunun, 2005-ci il təvəllüdlü Əbdülov Elnur İsa oğlunun və qardaşı 2007-ci il təvəllüdlü Əbdülov Elmar İsa oğlunun meyiti sudan tapılaraq çıxarılmışdı.