Daha 2 nəfər qarayaraya tutuldu -TƏCİLİ

Daha 2 nəfər qarayaraya tutuldu -TƏCİLİ Hadisə
2 nəfər Sabirabad sakini 34 və 26 yaşlarında kişi Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

Səhiyyə Nazirliyindən News24.az-a verilən məlumata görə, həkimlər onlara qarayara diaqnozu qoyublar. Hazırda infeksion şöbədə müalicə alan xəstələrin vəziyyəti orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Artıq araşdırmalara başlanılıb.

Afaq Mirayiq