Daha bir prezident helikopter qəzasına düşdü

Daha bir prezident helikopter qəzasına düşdü Hadisə

Zimbabve Prezidenti Emmerson Mnanqaqvanın helikopteri havaya qalxdıqdan az sonra qəzaya uğrayıb.

News24.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Zimbabvenin informasiya naziri Cenfana Musverenin bəyanat yayıb.

Bildirilib ki, Prezident helikopterdə olmayıb, ekipaj sağ qalıb. vakansiyalar

İlkin məlumatlara görə, helikopterin qəzaya uğramasına səbəb texniki nasazlıq olub.

Zimbabve Mülki Aviasiya İdarəsi insidentlə bağlı araşdırma aparır.