Daha bir yeniyetmə dənizdə batdı
Hadisə
Dünən axşam FHN-in “112” qaynar telefon xəttinə Xəzər rayon Mərdəkan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə 1 nəfərin batması barədə ilkin məlumat daxil olub.
Nazirliyin Mətbuat xidmətindən News24.az -a verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri cəlb olunaraq axtarışlara başlanılıb.
Hazırda vətəndaş - 2010-cu il təvəllüdlü Hümbətov Vüsal Arif oğlunun batdığı ehtimal edilən istiqamətlərdə axtarışlar davam etdirilir.
Əlavə məlumat veriləcək.
Qeyd edək ki, dünən Mərdəkanda iki nəfər - bacı-qardaş da dənizdə boğularaq ölüb. Onlardan birinin meyiti tapılsa da, digərinin n.şi hələ də axtarılır.