Daşkəsəndə avtomobil aşıb, xəsarət alan var

Daşkəsəndə avtomobil aşıb, xəsarət alan var Hadisə

Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az-ın məlumatına görə, hadisə Daşkəsən rayonunun ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan NİVA markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza nəticəsində sürücü — 1993-cü il təvəllüdlü Z. Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.(Unikal)