Daşkəsən İcra Hakimiyyətində əməliyyat: - SAXLANILANLAR VAR

Daşkəsən İcra Hakimiyyətində əməliyyat: - SAXLANILANLAR VAR Hadisə

 

Daşkəsən rayon İcra Hakimiyyətində vəzifəli şəxslər saxlanılıb.

News24.az APA-ya istinadən xəbər verir ki, Daşkəsən Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat zamanı memarlıq və tikinti şöbəsinin müdiri Elman Məmmədov və ümumi şöbənin işçisi Yaqub Bayramov saxlanılıb.

Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyatla həmin şəxslərin korrupsiya cinayətlərində şübhəli bilindikləri iddia olunur.

Faktı Daşkəsən rayon İcra Hakimiyyətindən APA-ya təsdiqləyiblər.