Daşkəsən sakini Ermənistanla sərhəddə minaya düşdü
Hadisə
Daşkəsən sakini minaya düşüb.
News24.az APA.az-a istinadən xəbər verir ki, hadisə rayonun Ermənistanla sərhəd olan Alaxançallı kəndində qeydə alınıb.
1964-cü il təvəllüdlü Tağıyev Şükür Əşrəf oğlu ərazidə qoyun otaran zaman atı sərhədi keçib. Ş.Tağıyev atını gətirən zaman minaya düşüb.
O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.