Daşkəsəndə qəza: xəsarət alanlar var

Daşkəsəndə qəza: xəsarət alanlar var Hadisə

Daşkəsəndə yol nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə rayonun Əmirvar kəndi ərazisində qeydə alınıb.

"Niva" markalı minik avtomobili idarəetmədən çıxaraq yolun kənarına aşıb. Qəza zamanı 1994-cü il təvəllüdü A.Quliyev və daha bir nəfər xəsarət alıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. (APA)