Davada saxlanılan deputat oğlunun işi başqa məhkəməyə göndərildi

Davada saxlanılan deputat oğlunun işi başqa məhkəməyə göndərildi Hadisə

Bakıda kafedə bir nəfərin ölümü ilə nəticələnən kütləvi insidentlə bağlı saxlanılan deputat Arzuxan Əli-zadənin oğlu Əhməd Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsi məsələsinə başqa məhkəmədə baxılacaq.

News24.az xəbər verir ki, Əhməd Arzuxan oğlu Əli-zadə barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair təqdimat və vəsatətə baxan hakimlər özlərinə etiraz ediblər.

Bununla əlaqədar material aidiyyəti üzrə başqa məhkəməyə göndərilməsi məsələsinin həlli üçün Bakı Apellyasiya Məhkəməsinə təqdim olunub.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə material baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilib.

Qeyd edək ki, Əhməd Əli-zadəyə Cinayət Məcəlləsinin 218.1, 218.2, 234.4.1, 234.4.3, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ittiham irəli sürülüb. /Lent.az