Dayə kiçik uşağı vəhşicəsinə döydü
Hadisə
Türkiyədə bir ailə il yarımlıq qızları R.K.-ya dayə tapmaq üçün elan yerləşdirib.
News24.az xəbər verir ki, elan üzərinə iş üçün müraciət edən dayə H.K. uşağa baxmağa başlayıb.
Bir müddət sonra övladının aqressiv davranışını, səhərə qədər davam edən ağlamalarını, bədəninin müxtəlif yerlərində əzilmələri görən ailə evlərinə təhlükəsizlik kamerası quraşdırıb.
Kamera quraşdırılan ilk gün dayənin uşağı döydüyü məlum olub.
Görüntüləri izləyən ailə polis bölməsinə gedərək dayədən şikayət edib.
Günel Məlikzadə