"Dedilər ki, çöldə kiminsə ürəyi gedib" - Ceyranbatanda 32 yaşlı kişi belə öldürülüb

"Dedilər ki, çöldə kiminsə ürəyi gedib" - Ceyranbatanda 32 yaşlı kişi belə öldürülüb Hadisə

Xəbər verdiyimiz kimi, Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi ötən gün ölüb.

News24.az xəbər verir ki, 1994-cü il təvəllüdlü Cavid Nəzərli oktyabrın 2-də Ceyranbatan qəsəbəsində keçirilən toy mərasimində Tofiq Amanov və Müsül Mirzəyev tərəfindən döyülüb.

Ağır xəsarətlər alan C. Nəzərli təcili tibbi yardım avtomobili ilə Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olan yaralı bir neçə gün komada qalıb. Həkimlərin səylərinə baxmayaraq, zərərçəkənin həyatını xilas etmək mümkün olmayıb, o, ötən gün xəstəxanada dünyasını dəyişib.

Ətraflı RTV-nin sujetində: