Dəhşətli qəza: Yolu keçən 5 nəfəri maşın vuraraq öldürdü

Dəhşətli qəza: Yolu keçən 5 nəfəri maşın vuraraq öldürdü Hadisə


Türkiyədə ağır yol qəzası olub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Pendik Kurtköy-TEM şosesində qeyd alınıb.

Kurtköy Sultanbəyli istiqamətində hərəkətdə olan avtomobil magistral yolda baryerlərdən keçmək istəyən piyadaları vurub.

Hadisə zamanı 4-ü eyni ailədən olmaqla 5 nəfər ölüb.

Qəzadan sonra yol bir istiqamətdə nəqliyyatın hərəkətinə bağlanıb və hadisə yerində araşdırmalar davam etdirilir.