Dənizdə batan gənc tələbə imiş
Hadisə
Bakı Mühəndislik Universitetinin tələbəsi dünyasını dəyişib.
News24.az xəbər verir ki, Niyaz Pirməmmədov universitetin Mühəndislik fakültəsinin "Elektrik və elektronika mühəndisliyi" ixtisasının II kurs tələbəsi idi.
Qeyd edək ki, 2005-ci il təvəllüdlü N.Pirməmmədov Bilgəh qəsəbəsində dənizdə çimərkən boğulub. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. (Unikal)