Dərnəgüldəki taxta bazarında meyit tapıldı
Hadisə
Bakıda taxta bazarında meyit tapılıb.
News24.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Z.Bünyadov prospekti 507-də yerləşən taxta bazarında qeydə alınıb.
Burada 48 yaşlı Zaur Sahib oğlu Həmidovun meyiti tapılıb. Mərhumun bazarda fəhlə işlədiyi bildirilir.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Araşdırma aparılır. (Unikal)