Dilqəm Əsgərova cinayət işi açıldı
Hadisə
Vaxtilə Kəlbəcərdə erməni girovluğunda qalmış Dilqəm Əsgərova qarşı cinayət işi başlanıb.
News24.az xəbər verir ki, cinayət işinin başlanmasına ailə daxilində baş verdiyi bildirilən insident səbəb olub.
Belə ki, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov hüquq-mühafizə orqanlarına müraciət edərək atasından şikayətçi olub. O, ifadəsində atasının Şəmkir rayonunun Çinarlı qəsəbəsində ona hücum etdiyini və dəmir parçası ilə xəsarət yetirdiyini bildirib.
Faktla bağlı başlanmış cinayət işi üzrə Kürdoğlu Əsgərov zərərçəkmiş şəxs qismində tanınıb.
Cinayət işi üzrə araşdırma Şəmkir Rayon Məhkəməsində davam etdirilir. /teleqraf.az/