DİN-dən əməliyyat: saxlanılanlar var...
Hadisə
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 54 nəfər saxlanılıb.
News24.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, noyabrın 27-də ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis tərəfindən təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 107, həmçinin borclu şəxs qismində axtarışda olan 81 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.