Diş həkimi xəstəni komaya saldı: - VƏZİYYƏTİ AĞIRDIR

Diş həkimi xəstəni komaya saldı: - VƏZİYYƏTİ AĞIRDIR Hadisə
Cəlilabad rayonunda dişini çəkdirmək istəyən qadın komaya düşüb.

Rayon sakini 1991-ci il təvəllüdlü Şahbazova Könül Bavədar qızı dişin çəkdirmək üçün rayonda yerləşən stomatoloji məntəqələrdən birinə gedib.

Məntəqədə çalışan diş həkimi onun dişin keyitmək məqsədi ilə 3 iynə vurub. Qadının dişi çəkilən zaman o huşunu itirib. Daha sonra xəstə xəstəxanaya çatdırılıb. Həkimlər qadının vəziyyətini ağır kimi qiymətləndirirlər. /ONN.az/