Ebeko vulkanı yenidən - PÜSKÜRDÜ

Ebeko vulkanı yenidən - PÜSKÜRDÜ Hadisə

Kuril adalarında Ebeko vulkanı yenidən püskürüb.

News24.az bildirir ki, Severo-Kurilsk şəhərindən yeddi kilometr aralıda yerləşən Ebeko vulkanında iki kül emissiyası qeydə alınıb. Onlardan birinin hündürlüyü dəniz səviyyəsindən iki kilometr hündürlüyündədir.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, kül layı cənub-qərbə yayılıb.

Qeyd edək ki, Ebeko vulkanı Vernadski silsiləsinin şimal hissəsində yerləşir. O, aktivdir. Orada 2012 və 2016-cı illərdə böyük püskürmələr baş verib. 

Nəzrin