Ədliyyə Nazirliyinin mərkəz rəisinin maşını - QƏZA KEÇİRDİ
Hadisə
Ədliyyə Nazirliyinin yüksək vəzifəli şəxsinin xidməti maşını qəzaya uğrayıb.
News24.az manset.az-a istinadla xəbər verir ki, nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinə məxsus "Nissan Altima” markalı "10 AO 025” seriyalı xidməti maşını "Toyota Corolla” markalı avtomobillə toqquşub.
Nəticədə "Nissan Altima” markalı avtomobilə ciddi zərər dəyib.
Məlumata görə, "10 AO 025” seriyalı xidməti avtomobil Ədliyyə Nazirliyin Məhkəmə Ekspertiza Mərkəzinin rəisi Elçin Qasımova məxsusdur.
O hadisə zamanı maşında olmayıb.
Hadisə ilə bağlı araşdırma aparılır.

