Əfqanıstanda zəlzələ baş verdi

Əfqanıstanda zəlzələ baş verdi Hadisə

ABŞ Geoloji Xidməti (USGS) yerli vaxtla saat 10:26-da qeydə alınan 5,4 bal gücündə zəlzələnin episentrinin Bədəxşanın Eşkaşim rayonu olduğunu açıqlayıb.

News24.az xəbər verir ki, yerin 224 kilometr dərinliyində baş verdiyi açıqlanan zəlzələnin dağıntılara səbəb olub-olmadığı ilə bağlı hələlik açıqlama verilmir.

Zəlzələ paytaxt Kabildə və Əfqanıstanın şimal əyalətlərində, qonşu Tacikistan və Pakistanda da hiss olunub.

Qeyd edək ki, Əfqanıstanın şimal-şərqində Hindukuş dağlarında yerləşən Bədəxşanda zəlzələlər tez-tez baş verir.

Məryəm İlhamqızı