Əhmədlidə açıq ərazidə olan yanğın söndürüldü- Foto - Yeniləndi

Əhmədlidə açıq ərazidə olan yanğın söndürüldü- Foto - Yeniləndi Hadisə

Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsində açıq ərazidə yanğın başlayıb.

Bu barədə News24.az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

13:56


Xətai rayonu, Kənd Əhmədli qəsəbəsində açıq ərazidə baş verən yanğın söndürülüb.

Bu barədə News24.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.