Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü

Ehtiyatsızlıqdan zəhərlənən qadın öldü Hadisə

Ucar rayonunda ehtiyatsızlıqdan zəhərli məhlul içən qadın vəfat edib.

News24.az xəbər verir ki, hadisə avqustun 25-i saat 07 radələrində rayonun Lək kəndində baş verib.

1977-ci il təvəllüdlü Fərqanə Əlikram qızı Ağayeva yaşadığı evdən ehtiyatsızlıqdan zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Tibbi yardıma baxmayaraq, o həyatını itirib.

Faktla bağlı araşdırma aparılır./Qafqazinfo