Elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürdü

Elektrik müəssisəsinin rəis müavinini cərəyan vuraraq öldürdü Hadisə

Hacıqabul sakinini elektrik cərəyanı vuraraq öldürüb.

News24.az xəbər verir ki, hadisə Hacıqabul rayonunun Qarasu kəndində baş verib.

Hacıqabul sakini, 1984-cü il təvəllüdlü Məmmədov Davud Aydın oğlunu ərazidə yerləşən transformatorda yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.

Qeyd edək ki, D.Məmmədov elektrik müəssisəsində rəis müavini vəzifəsində çalışırdı.

Faktla bağlı araşdırma aparılır. (Apa)