Ələt-Astara yolunda qəza: üç nəfər xəsarət aldı

Ələt-Astara yolunda qəza: üç nəfər xəsarət aldı Hadisə

Ələt-Astara yolunda ağır yol qəzası baş verib.

News24.az xəbər verir ki, hadisə yolun Cəlilabad rayonundan keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, hadisə zamanı "VAZ 2106", "VAZ 2107" və mikroavtobus toqquşub.

Qəza nəticəsində 3 nəfər yaralanıb.

TƏBİB-dən bildirilib ki, xəsarət alan 3 nəfər (2 qadın, 1 kişi) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yerləşdirilib. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub, vəziyyətləri stabil qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır. (Report)