Ələtdə yeniyetmə dənizdə batdı – YENİLƏNDİ
Hadisə
News24.az xəbər verir ki, 15 yaşlı yeniyetmə dənizdə əmisi ilə birgə batıb.
Əminin meyiti sudan çıxarılsa da, uşağın axtarışları hələ də davam edir. (Qafqazinfo)
***20:11
Ələtdə dənizdə yeniyetmə batıb.
News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Qaradağ rayonunun Ələt qəsəbəsində nəzarətsiz ərazidə 2011-ci il təvəllüdlü Həsən Əlihəsənovun dənizdə batdığı ehtimal edilir. Dalğıc-xilasedicilər hadisə yerində axtarış-xilasetmə işlərini davam etdirirlər.
Əlavə məlumat veriləcək.