Əməkdar artist xəstəxanaya yerləşdirildi
Hadisə
Rusiyanın əməkdar artisti, 72 yaşlı Aleksey Qlızin ayağındakı ağrılara görə xəstəxanaya yerləşdirilib.
News24.az xəbər verir ki, müayinələr zamanı həkimlər müğənnidə dərialtı və dərin venalarda qan axınının tutulmasını aşkar ediblər.
Aleksey Qlızin stasionar müalicədə bir gün qalıb, ona təyin olunan iki həftəlik müalicədən imtina edərək evə qayıdıb.
Müğənniyə qan durulducu iynələr və dərmanlar təyin olunub.
Həkimlər ona artıq fiziki fəaliyyətdən, sauna, isti vanna və masajdan uzaq durmağı tövsiyə ediblər.
Qeyd edək ki, Aleksey Qlızin fəaliyyət göstərdiyi illərdə “Samotsvetı” və “Ritm” ansambllarının tərkibində çıxış edib. Həmçinin “Vesyolıye Rebyata” kollektivində çalışıb.
1989-cu ildən etibarən isə “Ura” qrupunda solo karyerasına başlayıb. /Mash/