Əməliyyatdan sonra iflic olan Nigar vəfat etdi - FOTO
Hadisə
Bakıda keçən il rinoplastika əməliyyatından sonra iflic olan 34 yaşlı qadın dünyasını dəyişib.
News24.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.
Belə ki, ötən ilin aprel ayında Bakıda yerləşən “MedAura” Klinikasında rinoplastika əməliyyatı keçirən 34 yaşlı Nigar Budaqlı daha sonra iflic vəziyyətinə düşüb. Uzun müddət müalicə alan qadın ötən gün vəfat edib.
Qeyd edək ki, Nigar Budaqlının əməliyyatdan sonra iflic vəziyyətinə düşməsi ilə bağlı daha əvvəl də məlumat yayılmışdı.
Xatırladaq ki, Nəsimi Rayon Məhkəməsi “MedAura” Klinikasında rinoplastika əməliyyatından sonra 34 yaşlı Nigar Budaqlının komaya düşməsi ilə bağlı cinayət işi üzrə hökm elan edib.
Lor-estetik cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva səhlənkarlıqda təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum ediliblər. Həmçinin hər iki həkim 2 il müddətinə tibbi fəaliyyətlə məşğul olmaq hüququndan məhrum olunub.
