Ermənistan parlamentində əlbəyaxa dava - DÜŞDÜ

Ermənistan parlamentində əlbəyaxa dava - DÜŞDÜ Hadisə

Ermənistan parlamentində deputatlarla təhlükəsizlik xidmətinin əməkdaşları arasında dava düşüb.

News24.az xəbər verir ki, “Ermənistan” müxalifət fraksiyasının deputatı Kristin Vardanyanın məlumatına görə, deputat Artur Sarkisyan çıxışından sonra iclas zalını tərk etmək istəsə də, hakim “Mülki müqavilə” partiyasından olan deputat Vahe Qalumyan arxadan hücuma məruz qalıb.

Xatırladaq ki, bu gün Ermənistan parlamenti ölkə hakimiyyətinin silahlı çevriliş hazırlamaqda ittiham etdiyi Artur Sarkisyanın deputat toxunulmazlığından məhrum edilməsi məsələsinə baxır.

Aqil Qarayev